Ev almağa gəlib 5 minlik qızıl  oğurladı - Abşeronda qadından ŞOK ƏMƏL
30 iyul 2026 16:40 (UTC +04:00)

Ev almağa gəlib 5 minlik qızıl oğurladı - Abşeronda qadından ŞOK ƏMƏL

0

Abşeronda evdən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.a-za verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və talama cinayətini törədib.

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar