“Corolla”nın ən bahalı  versiyası satışa çıxarılır
30 iyul 2026 18:25 (UTC +04:00)

“Corolla”nın ən bahalı versiyası satışa çıxarılır

0

“Toyota” şirkəti “GR Corolla” hetçbekinin daha güclü “GRMN” versiyasını təqdim edib. Model dünya üzrə cəmi 730 ədəd istehsal olunacaq.

Lent.az xəbər verir ki, avtomobilin ABŞ-dakı başlanğıc qiyməti 64,4 min dollar təşkil edir. Bu isə standart “Corolla”nın qiymətindən 50 faizdən çox bahadır. “Carscoops” nəşrinin məlumatına görə, “Corolla GRMN” modelin 60 illik tarixində ən bahalı versiya olub. Satışların ilin ikinci yarısında başlanması planlaşdırılır.

Yeni modeldə 1,6 litrlik üçsilindrli mühərrikin gücü 305 at qüvvəsi səviyyəsində saxlanılıb. Fırlanma anı isə standart “GR Corolla” ilə müqayisədə 10 Nm artırılaraq 410 Nm-ə çatdırılıb. Mühərrik qısa ötürmə nisbətlərinə malik altıpilləli mexaniki sürətlər qutusu ilə işləyir.

Mühəndislər tam ötürücü sistemin sazlamalarını təkmilləşdirib və trekdə aktiv sürüş zamanı istifadə üçün interkulerə soyuducu maye püskürdən sistem quraşdırıblar.

Arxa oturacaq sırasının çıxarılması və karbon elementlərdən istifadə sayəsində avtomobilin çəkisi təxminən 30 kiloqram azaldılıb. Döymə disklər “Michelin Pilot Sport Cup 2” şinləri ilə təchiz olunub.

Aqressiv karbon aerodinamik kuzov dəsti “Gazoo Racing” idman bölməsinin mühəndisləri tərəfindən hazırlanıb. Model yalnız iki kuzov rəngində təklif ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar