Qarabağ kanalında 46 yaşlı kişi  batdı   -VİDEO
30 iyul 2026 18:08 (UTC +04:00)

Qarabağ kanalında 46 yaşlı kişi batdı -VİDEO

1

Qarabağ suvarma kanalının Ağcabədi rayonundan keçən hissəsində bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “112" qaynar telefon xəttinə rayonun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 46 yaşlı Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 234

Oxşar yazılar