Sərxoş sürücü yeniyetmə qızı öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Xətai rayonu, "Ukrayna" dairəsi yaxınlığında qeydə alınıb. 29 yaşlı Cəmil Atabalayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, 16 yaşlı Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xətai rayon Polis İdarəsi tərəfindən C. Atabalayev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanıb.
688