Sərxoş sürücü qəza törətdi: 16 yaralı - YENİLƏNİB
05 noyabr 2013 11:47 (UTC +04:00)

Sərxoş sürücü qəza törətdi: 16 yaralı - YENİLƏNİB

Siyəzən rayonunda minik avtomobili ilə avtobus toqquşub.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Ağamaliyev Ariz Bilal oğlunun idarə etdiyi 10 ZV 175 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə Ağayev Elmar Nadir oğlunun idarə etdiyi 53 AC 279 dövlət qeydiyyatlı “KVZ” markalı avtobus toqquşub. Qəza nəticəsində 16 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra 13 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər 3 nəfər - Siyəzən rayon sakinləri, 1971-ci il təvəllüdlü Məmmədzadə Leyla Əliheydər qızı, 1962-ci il təvəllüdlü Quliyeva Aynişə Musa qızı və 1979-cu il təvəllüdlü Yolçuyeva Kifayət Tapdıq qızının aldığı xəsarətlər ciddi olduğundan onların müalicəsinin tibb müəssisəsində davam etdirilməsi qərara alınıb. Vəziyyəti ağır olan K. Yolçuyeva Bakı xəstəxanalarından birinə göndərilib.

 

Qəza zamanı “Mercedes”in sürücüsünün sərxoş olduğu bildirilir. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

# 966
avatar

Oxşar yazılar

Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15