Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi
26 mart 2016 23:01 (UTC +04:00)

Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi

0

Bakının Səbail rayonunun Parlament prospektində yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, yüksək sürətlə hərəkətdə olan “Honda” markall  avtomobili idarə etməni itirərək dairəyə çırpılıb.

 

Zərbənin gücündən avtomobil dairəni aşaraq digər iki avtomobilə çırpılıb. Məlum olub ki, “Honda” markallı  avtomobilinin sürücü Daşqın adlı şəxs sərxoşdur. O, əlində spirtli içki ilə avtomobilindən düşərək sərxoş olmadığını deyb. Özünü idarə edə bilməyən sürücü avtomobili də idarə edə bilmədiyindən xəstəxanaya aparılıb.

 

Şahidlərin verdiyi məlumata görə, son anda piyada səkisində olan xarici qonaqlar da polislərin köməyi ilə ərazidən çıxarılıb. Əks təqdirdə isə qəzanın ölümlə nəticələnəciyi qaçılmaz idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar