[b]Şəmkirdə yük maşını 75 yaşlı qadını vurdu[/b]
05 sentyabr 2016 20:30 (UTC +04:00)

[b]Şəmkirdə yük maşını 75 yaşlı qadını vurdu[/b]

0

Şəmkirdə 75 yaşlı qadını avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

 

Şəhər sakini  1941-ci il təvəllüdlü Əfruz Həsənova yaşadığı evin qarşısında yolu keçən zaman  yük avtomobili tərəfindən vurulub. Xəsarət alan qadın Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar