Şəmkirdə dəhşət: 5 ölü, 10 yaralı - <span style="color:red;">ADLAR
16 iyun 2014 11:27 (UTC +04:00)

Şəmkirdə dəhşət: 5 ölü, 10 yaralı - ADLAR

0
APA-nın məlumatına görə, Şəmkir rayonunda baş verən qəza zamanı Ağstafa rayon sakini, 2006-cı il təvəllüdlü Dərzi Dərziyev, Gürcüstan vətəndaşları - 1984-cü il təvəllüdlü  Fəqanə Quliyeva, 1948-ci il təvəllüdlü Rahilə Əsgərova və şəxsiyyəti hələlik məlum olmayan daha 2 nəfər hadisə yerində ölüb.

 

Qəza nəticəsində ağır bədən xəsarətləri alan 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimov xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, A.Rəhimov Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.

 

***

10:27

 

Bakı-Qazax yolunun 375-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına əsasən verdiyi məlumata görə, Şəmkir rayonunda "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobusun toqquşub.

 

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində “Opel”-in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Yanğınsöndürən-xilasedicilər yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9986

Oxşar yazılar