Bu gün saat 14:30 radələrində Şəmkirin Çaykənd kəndi ərazisində bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın "Kəpəz TV"yə (Region TV) istinadən xəbərinə görə, kənd sakini, 18 yaşlı Xəlil Süleymanov şəxsi münasibətlər zəminində 16 yaşlı Vüsal Əhmədovu bıçaqlayıb. Ürək nahiyəsindən və qolundan bıçaq xəsarəti alan Vüsal Əhmədov dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda polis cinayəti törətməkdə şübhəli bilinən Xəlil Süleymanovun tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.