Şəmkirdə ər arvadını bıçaqladı
12 may 2016 01:03 (UTC +04:00)

Şəmkirdə ər arvadını bıçaqladı

0

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sabirkənd kənd sakini 1968-ci il təvəllüdlü Yasəmən İbrahimova sağ döş nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən qadının vəziyyəti normal qiymətləndirilir. Qadının ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar