Şəmkirdə bədbəxt hadisə
03 aprel 2016 05:41 (UTC +04:00)

Şəmkirdə bədbəxt hadisə

0

Şəmkirdə bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Samir Qənbər oğlu qonşuluqda elektrik naqili çəkərkən onu elektrik cərəyanı vurub. Xəstəxanaya aparılarkən o yolda keçinib.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar