Şəmkir sakini qardaşları xəstəxanalıq etdi
26 may 2016 20:24 (UTC +04:00)

Şəmkir sakini qardaşları xəstəxanalıq etdi

0

Şəmkirdə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayon sakinləri 1996-cı il təvəllüdlü Ələmşah Salmanov və onun qardaşı 1999-cu il təvəllüdlü Qədir Salmanov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi YArdım xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib.

 

Xəsarət alanların vəziyyətlərinin normal olduğu bildirilir. Qardaşların sözlərinə görə, onlar Xəyal adlı şəxs tərəfindən döyülüblər.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar