Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 25-də Şəmkir rayon sakini Aqşin Allahverdiyev Şəmkir çayının Təzəkənd kəndi ərazisindən keçən hissəsində çimərkən boğulub. Meyit sudan çıxarılıb.
Araşdırma aparılır.