Şəmkir Olimpiya Kompleksində ölüm
02 aprel 2016 22:35 (UTC +04:00)

Şəmkir Olimpiya Kompleksində ölüm

0

Cüdo üzrə milli yığma komandanın üzvü Şəmkirdə suda boğulub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir Olimpiya İdman Kompleksində qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qasımov Samir Vüqar oğlu məşqdən sonra hovuzda üzərkən boğulub. Ona dərhal tibi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar