Сəlilabadda maşın piyadaları vurdu: 2 yaralı
09 dekabr 2014 03:07 (UTC +04:00)

Сəlilabadda maşın piyadaları vurdu: 2 yaralı

0

Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində iki nəfərin agır xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

 

APA-nın Cənub bürosunun məlumatına görə, Cəlilabad rayon Kövüzbulaq kənd sakini, 1979-cu il təvəllüdlü  Abdinov Mahir Tahir oglu idarə etdiyi VAZ 2107 markalı avtomaşınla Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən kənd sakini, 1973-cü il təvəllüdlü  Məhərrəmov Səttar Heydər oğlunu və Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Kərimov Azad Əvəz oğlunu qəfil idarəetməni itirmə nəticəsində vurub.

 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin hər ikisinin vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində istintaq araşdırmaları  aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar