Şəkidə taxıl biçən kombayn yandı
10 iyun 2015 23:15 (UTC +04:00)

Şəkidə taxıl biçən kombayn yandı

Şəkidə taxıl biçən kombayn və taxil sahəsi yanıb.

 

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  rayonun Turan qəsəbə sakini Məzahir Rza oğlu Məmmədov  idarə etdiyi  “Niva ESK-5” markalı kombaynla Turan qəsəbə inzibati ərazisində taxıl biçərkən kombaynda yanma baş verib. Kombayndan başlayan  yanğın qısa zaman ərzində ərazidəki taxıl sahəsinə  keçib.

 

Əraziyə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində kombaynın yanar hissələri və ərazidə kombaynın sahibi Məzahir Məmmədova, Bəylər Nəsirova və Əkbər Qasımova məxsus 6 hektar biçilməmiş və 3 hektar isə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha da genişlənərək digər taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255

Oxşar yazılar