Şəkidə beşikdə yatan 7 aylıq körpənin ayağını siçovul yeyib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) Lent.az-ın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 2-i axşam saat 21:45 radələrində rayonun Fazıl kənd sakini, 2015-ci il təvəllüdlü Nihad Novruz oğlu Səmədov sağ ayağının daban nahiyəsində xəsarətlə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, aprelin 1-dən 2-ə keçən gecə 7 aylıq N. Səmədov beşikdə yatan zaman siçovul onun sağ ayağının daban nahiyəsindən dişləyib. N. Səmədova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.