Şəkidə məktəbdən qayıdan 6 yaşlı uşağı maşın vurub
12 dekabr 2014 02:20 (UTC +04:00)

Şəkidə məktəbdən qayıdan 6 yaşlı uşağı maşın vurub

0

Şəkidə birinci sinif şagirdini maşın vurub. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabr ayının 11-i  axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu 1-ci Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

 

1971-ci il təvəllüdlü, Qax rayon sakini Namiq Şirin oğlu Təmrazov idarə etdiyi “VAZ 21144” markalı 34 BC 787 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2008-ci il təvəllüdlü 1-ci Biləcik kənd sakini Mustafa Sadiq oğlu Mustafayevi vurub.

 

Məlumatda bildirilir ki, 6 yaşlı Mustafa Mustafayev 1-ci sinifdə oxuyur, hadisə baş verən zaman  məktəbdən çıxıb evə qayıdırmış. Qəza nəticəsində xəsarət alan  Mustafa Mustafayev Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya bildirilib ki, Mustafa Mustafayə sağ bud sümüyünün qapalı sınığı dioqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

 

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar