Şəkidə çobanı ildırım vurdu
17 iyun 2018 23:14 (UTC +04:00)

Şəkidə çobanı ildırım vurdu

Şəkidə yaylaqda çobanı ildırım vurub.

 

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günün ikinci yarısında Şəki rayonu, Şin kənd sakini 1990-cı il təvəllüdlü Rahim Nəriman oğlu Məmmədov Şin kəndinin inzibati ərazisinin yaxınlığında dağda yaylaq ərazidə qoyun otaran zaman  onu ildırım vurub. İldırım vurması nəticəsində travmatik xəsarət alan Rahim Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA-ya bildirilib ki, Rahim Məmmədov axşam saat 21 radələrində xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Rahim Məmmədov bədənin sol tərəfinin aşağı və yuxarı ətraflarında ümumi zəiflik hiss edilir.  Hazırda onun müayinə və müalicəsi aparılır.

 

Rahim Məmmədovun yaxınlarının APA-ya verdiyi məlumata görə, ildırım vurması nəticəsində qoyun sürüsünü mühafizə edən iki çoban iti və bir baş qoyun ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05