
Şəkidə bir gündə üç qadın gilas ağacından yıxılıb
İyunun 12-si axşam saatlarında Şəki rayonunun Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Gülcahan Nağıalı qızı Ağaməmmədova, Fazıl kənd sakini, 1969-cu il təvəllüdlü İlhamə Rəcəbəli qızı Məmmədova və Şəki şəhər sakini, 1974-cü il təvəllüdlü Nəzakət Müseyf qızı Həziyeva gilas ağacından yıxılıblar.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, eyni gündə, müxtəlif saatlarda ağacdan yıxılan sakinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxansına daxil olublar.
Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı hər üç qadının yaşadıqları ünvanda gilas yığıan zaman ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması məlum olub. Yaralılardan G.Ağaməmmədovanın və N.Həziyevanın müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. İ.Məmmədovanın xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar
Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09