Şəkidə 35 yaşlı kişini ilan sancdı
18 may 2016 23:24 (UTC +04:00)

Şəkidə 35 yaşlı kişini ilan sancdı

0

Şəkidə qoyun otaran 35 yaşlı kişini ilan sancıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 18-i günorta saat 14 radələrində rayonun Aşağı Şabalıd kənd sakini, 1981-ci il təvəllüdlü Cəmil Nurəddin oğlu Abdullayev ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 35 yaşlı Cəmil Abdullayev Aşağı Şabalıd kəndinin inzibati ərazisində qoyun otararkən ilan qəfildən onun sol ayağının topuq nəhiyəsindən sancıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmil Abdullayevə lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar