Şəkidə 35 yaşlı kişi bıçaqlandı
03 iyul 2015 00:07 (UTC +04:00)

Şəkidə 35 yaşlı kişi bıçaqlandı

Şəkidə 35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

 

Şəki rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhərində baş verib.

 

Şəki şəhəri, Bağbanlar küçəsi ev 4-də yaşayan, 1980-cı il təvəllüdlü Qalib Söhrab oğlu Qarayev sağ döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş və hər iki yuxarı ətrafın kəsilmiş bıçaq yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. İlkin araşdırma zamanı məlum olub ki, 35 yaşlı Qalib Qarayev qonşusu tərəfindən (adı hələ ki, istintaqa məlum olmayan) bıçaqlanıb.

 

Hazırda Şəki Şəhər-Rayon  Polis Şöbəsinin əməkdaşları hadisənin hansı şəraitdə baş verməsini və Qalib Qarayevi bıçaqlayan şəxsin istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbiri aparır.

 

Şəki RMX-dan APA-ya verilən məlumata görə, Qalib Qarayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib vəziyyəti orta-ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar