Şəkidə 100 hektardan çox sahə yandı
14 avqust 2015 01:55 (UTC +04:00)

Şəkidə 100 hektardan çox sahə yandı

0

Şəkidə 100 hektardan çox sahə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 13-ü günorta saatlarından başlayaraq rayonun Aşağı Küngüt və Aşağı Kəldək kəndlərinin inzibati ərazisində biçilmiş taxıl  və kol-kos sahələrində yanğın baş verib. Yanğın miqyasının böyüklüyünü  nəzərə alaraq yanğın baş verən əraziyə FHN-nin Şəki rayon DYMH-dən 3, Oğuz rayon DYMH-dən 2, Qəbələ rayon DYMH-dən 1, Qax rayon DYMH-dən 1 və Mingəçevir şəhər DYMH-dən 1 yanğınsöndürən maşın və şəxsi heyətləri cəlb edilib.

 

Avqustun 13-ü axşam saat 22 radələrində yanğının qarşısı tam alınıb. Yanğın nəticəsində 100 hektardan çox ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və yol kənarındakı ağaclar qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar