Şəki sakini Qaxda göldə boğuldu
28 sentyabr 2019 21:26 (UTC +04:00)

Şəki sakini Qaxda göldə boğuldu

0
 
 
Bu gün axşam saatlarında Qax rayonu Lələli kəndinin inzibati ərazisində sünü göldə kişi meyiti tapılıb. 
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub.
 
Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
 
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 926

Oxşar yazılar