Nazirlik icra hakimiyyətlərini məhkəməyə verib
29 avqust 2014 11:51 (UTC +04:00)

Nazirlik icra hakimiyyətlərini məhkəməyə verib

0

Səhiyyə Nazirliyinin Tikilməkdə olan müəssisələrin müdiriyyəti Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətini məhkəməyə verilib. Bakı Apelyasiya Məhkəməsindən Lent.az-a verilən məlumata görə, nazirliyin iddiası sərəncamların və torpaq alqı-satqısına dair sənədlərin etibarsız hesab edilməsi ilə bağlıdır.
 

Nazirlik həmçinin üçüncü şəxs kimi Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Zeynalov Vüqar Məhərrəm oğlu, Süleymanlı İlham Süleyman oğlu, Əliyeva Elmira Sadıx qızı, Zeynalova Aytən Ağa Rəfi qızını da məhkəməyə verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1609

Oxşar yazılar