Şəhərin mərkəzində quldurluq: 3 nəfər basqın etdi
Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhər sakini İ.Balakişiyev bu barədə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edib. Vətəndaş etdiyi müraciətində oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.
664