Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb
11 mart 2016 11:25 (UTC +04:00)

Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

 

 

Bu gün Bakı Ağır Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə sabiq nazir müavinin vəkili prosesdə iştirak etmədiyinə görə təxirə düşüb. Məhkəmə prosesi martın 18-ə qalıb.

 

 

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar