Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliyanın və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və İrfan Siddiqi qəbul edib.
Görüşlər zamanı hər iki ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərini təbrik edən müdafiə naziri hərbi əməkdaşlığın dərinləşdirilməsi və hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda mövcud gərgin hərbi-siyasi vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
Görüşlərdə İtaliya Respublikası və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı hərbi atteşeləri iştirak edib.