Azərbaycanda saxta pulla alver edən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon sakini İlham Rüstəmova 1 ədəd 50 manatlıq saxta əskinas verərək alış-veriş etmiş Lənkəran rayon sakini Tural İmanov tutulub.
Araşdırma aparılır.