Saxlanılan şəxslərin üstündən narkotik çıxdı
13 may 2016 06:21 (UTC +04:00)

Saxlanılan şəxslərin üstündən narkotik çıxdı

0

Abşeron polisi Masazır qəsəbəsində üzərində narkotik maddə olan iki şübhəli şəxsi saxlayıb. APA-nın məlumatına görə, Fazil Hüseynovu Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Masazır qəsəbəsində özünü şübhəli apardığı üçün saxlayıb. Polis əməkdaşları onun üzərinə baxış keçirən zaman bir kibrit qutusu narkotik vasitə olan marixuana aşkarlayıblar. Dindirilmə zamanı F.Hüseynov bildirib ki, bir neçə ildir ki, narkotik vasitə qəbul edir. Marixuananı isə, tanımadığı şəxsdən alıb: "İstifadə etmək üçün əldə etmişəm. Az vaxt olar ki, narkotik maddə qəbul edirəm. Satmağı planlaşdırmamışam. Əməlimdən də peşmanam".

 

Sumqayıt şəhər sakini Habil Həsənovu da Abşeron polisi Masazır qəsəbəsində  saxlayıb. Onun üzərindən isə  narkotik maddə olan  heroin aşkarlanıb. Polisə ifadəsi zamanı o narkotik maddəni şəxsi istifadə üçün aldığı bildirib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar