Almaniya baş naziri Angela Merkel ilə görüşmək üçün bu ölkəyə səfər edən Ermənistan prezidenti Serj Sarkisyanı Berlində yüzlərlə azərbaycanlı protest edib.
Lent.az-ın məlumatına görə, Almaniyanın baş nazirlik binasının qarşısında əllərində Azərbaycan bayraqları, həmçinin, ingilis və alman dillərində hazırlanmış şüarlarla Ermənistan prezidentini protest edən etirazçılar onu Qarabağda, Xocalıda soyqırımı törətdiyini, uşaq qatili olduğunu vurğulayıb, Qarabağın Azərbaycan torpaqları olduğuna dair şüarlar səsləndiriblər.
Minə yaxın həmyerlimiz Almaniya baş naziri Angela Merkellə görüş öncəsi Ermənistan prezidenti əleyhinə aksiya keçirib. Aksiyada həmçinin, "Sarkisyan terrorist!" şüarları səsləndirilir.
Fotolar Rəşad Müseyibzadənindir.