Abşeron rayonunda zavodda bədbəxt hadisə zamanı qadın ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.
1957-ci il təvəllüdlü İsayeva Gülbahar Yunis qızı zavodda iş görərkən ehtiyatsızlıq nəticəsində mişar dəzgahı onun baş nahiyəsinə ağır xəsarət yetirib. Qadın təcili xəstəxanaya yerləşdirilib. Ona başının böyük skalp olunmuş yarası diaqnozu qoyulub.