Şamaxıda yük maşını dərəyə aşıb, sürücü ölüb
18 iyun 2019 17:26 (UTC +04:00)

Şamaxıda yük maşını dərəyə aşıb, sürücü ölüb

0
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Çöl Göylər kəndində qeydə alınıb. "KamAZ" markalı yük avtomobili yoldan çıxaraq, 30 metr hündürlükdən dərəyə aşıb. "KamAZ"ın sürücüsü, 1964-cü il təvəllüdlü Sərdar Məmmədov hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar