<b>Azərbaycanda daha bir körpə ölümü</b>
22 avqust 2017 13:32 (UTC +04:00)

Azərbaycanda daha bir körpə ölümü

0

Gəncədə doğuşdan sonra körpə ölümü baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Gəncədəki xəstəxanalardan birinin Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb.

 

Məlumata görə, bu, A. Babayevanın ilk övladı olub.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar