Salyan şəhərində yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhər ərazisindəki transformatorun yanar hissələri tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.