Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Qaraçala kəndində baş verib. Salyan rayon sakini, 1968-ci il təvəllüdlü Sarxanov Aslan Sarapalı oğlu naməlum avtomobil tərəfindən vurulub.
Ağır kəllə-beyin travması alan piyada Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürücü hadisə yerindən yaralıya kömək etmədən qaçıb. Hazırda hadisəni törədən sürücünün axtarılması istiqamətində Salyan polisi tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.