Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon sakini Elman Ağayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş həmyerlisi Cavad Hüseynov tutulub.
Araşdırma aparılır.