Salyanda “KAMAZ”la “Mercedes” toqquşdu, 3 ölü
01 iyun 2015 20:11 (UTC +04:00)

Salyanda “KAMAZ”la “Mercedes” toqquşdu, 3 ölü

0

Salyanda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:17-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar