26 yaşlı gəlinin intiharının TƏFƏRRÜATI
08 mart 2016 17:45 (UTC +04:00)

26 yaşlı gəlinin intiharının TƏFƏRRÜATI

Dünən Salyanda 25 yaşlı gəlin özünü öldürüb. Rayonun Qaraçala kənd sakini 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq intihar edib. 25 yaşlı Ruhəngiz özünü həyətlərindəki yarımtikilidə asıb.

 

Lent.az xəbər verir ki, kənd sakinlərinin ans press-ə verdiyi məlumata görə, Ruhəngiz Babayeva yeni ailə qurubmuş. Onun bir azyaşlı övladı olub. Ailə qurduğu şəxs isə həm ana, həm də ata tərəfdən ona qohum olub.

 

“Yoldaşının anasını elektrik cərəyanı vurub, rəhmətə gedib. Atası isə ağır xəstəlikdən dünyasını dəyişib. İndi də bu gəlin həmin evdə özünü asdı. Hamı deyir ki, bəlkə, o evdə pis aura var. Çünki Ruhəngizin özünü hansı səbəbdən öldürmək istəməsi məlum deyil. Heç kiminlə mübahisəsi olmayıb. Ailədə də yoldaşı ilə münasibətləri yaxşı olub”, - deyə ailəyə yaxın olan qohumlardan biri bildirib.

 

İntihar edən gəlinin qardaşı bir gün əvvəl tort üçün lazım olan ərzaqları alaraq bacısından onun nişanlısı üçün bayram tortu hazırlamasını xahiş edib. Ruhəngiz bayrama görə, evlərində təmizlik işi apardığını deyib və qardaşından aldıqlarını atası evinə aparmasını xahiş edib. O, təmizlik işləri bitdikdən sonra ora gələrək tortu hazır edəcəyini deyib.

 

“Axşamüstü uşağını saxlaması üçün qayınına verib. Özü isə bir az işi olduğunu, tez qayıdacağını deyib. Amma sonra ondan xəbər olmayıb. Gəlinin asılmış meyitini isə yoldaşının babası aşkar edib”.

 

Heç bir problemin yaşanmadığı ailədə baş verən hadisə hamını şoka salıb. Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. İndi ailə üzvləri də onun məhz bu səbəbdən intihar edə biləcəyini düşünür.

 

Faktla bağlı hazırda Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

 

*****

 

23:01

 

26 yaşlı salyan sakini intihar edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Qaraçala kənd sakini 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq intihar edib. Yaxınları qadının meyitini yardımçı tikilidə asılmış vəziyyətdə aşkar ediblər.

 

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15