Bu gün axşam saatlarında Salyan şəhərinin Qüdrət Səmədov küçəsindəki evlərdən birində intihara cəhd hadisəsi baş verib.
Lent.az-ın virtualaz.org-a istinadən xəbərinə görə,1957-ci ildə anadan olmuş Rasim Axundov sirkə turşusu içərək intihara cəhd etdiyindən ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyətinin ağır olaraq qaldığı deyilir. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırmalara başlanılıb.