
Mənşəyi məlum olmayan 180 kiloqram ət aşkar edildi
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, növbəti belə tədbir daxil olmuş məlumat əsasında iyunun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri ərazisində keçirilib.
Daxil olmuş məlumat əsasında rayon sakini R.Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil şəhər ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, çəkisi 180 kiloqram olan ət aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Oxşar yazılar

Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN
12 iyul 2025 , 11:08