Şabranda qəza: ölən var
04 iyun 2015 21:39 (UTC +04:00)

Şabranda qəza: ölən var

0

Şabranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  rayonun Ağalıq kəndində (rayon mərkəzindən 18 km aralı) 1987-ci il təvəllüdlü Osmanov Elsevər Bəyməmməd oğluna məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirib, nəticədə yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Osmanovun cəsədini çıxarıb  və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:10-da başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar