Şabranda qəza: 1 yaralı
25 yanvar 2016 22:47 (UTC +04:00)

Şabranda qəza: 1 yaralı

Bu gün axşam saatlarında Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

 

APA -nın şimal bürosunun verdiyi məlumata görə, yük avtomobilinin qarşıda hərəkət edən “Mercedes” markalı minik avtomobilinə çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

 

Minik avtomobilinin sərnişini, 1973-cü il təvəllüdlü Bakı şəhər sakini İbrahimova Mehriban Oqtay qızı xəsarət alaraq Şabran Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzaya hava şəraitinə uyğun sürət həddinin seçilməməsinin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335

Oxşar yazılar