Şabranda avtomobil Rusiya vətəndaşını vurub öldürdü
13 oktyabr 2014 11:59 (UTC +04:00)

Şabranda avtomobil Rusiya vətəndaşını vurub öldürdü

0
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 118-ci kilometrliyində, Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1951-ci il təvəllüdlü, Siyəzən rayonunun Gil-gilçay qəsəbəsinin sakini Hüseynov Zahir Sirac oğlu idarə etdiyi “VAZ 21063” markalı, 53 BA 342 dövlət nömrə nişanlı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən 1979-cu il təvəllüdlü, Rusiya vətəndaşı Sviridov Yuri Nikolayeviçi vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar