Sabirabadda VAZ 2107 bir ailənin 4 üzvünü vurdu
06 avqust 2016 00:12 (UTC +04:00)

Sabirabadda VAZ 2107 bir ailənin 4 üzvünü vurdu

0

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 22.30 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

 

VAZ 2107 markalı 90  FL 503 dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs bir ailənin 4 üzvünü - Sabirabad rayonunun Güdəcühür kənd sakinləri, 1988-ci il təvəllüdlü Salmanova Suqra Vidadi qızı, 1985-ci il təvəllüdlü Salmanova Günel Vidadi qızı, 1977-ci il təvəllüdlü Salmanov Şahin Xanoğlan oğlu və 2006-cı il təvəllüdlü Salmanova Fidan Təmkin qızını  vurub.

 

Həmin şəxslərdən ikisi çoxsaylı sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə, sonuncu 2 nəfər isə kəllə-beyin və çoxsaylı sınıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirlib.

 

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar