Sabirabad rayonu, Şıx Salahlı kəndində Sabirabad Elektrikşəbəkəyə məxsus gücü 6 kVt olan transformatorun sarğıları və giriş çıxış naqilləri yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.