Sabirabadda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Nizami kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan tövlədə baş verib. Nəticədə, tövlənin yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 10 ton ot bağlamasının 500 kq-ı yanıb. Həmçinin tövlənin içərisində olan 2 ədəd iribuynuzlu heyvan yanaraq tələf olub. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.