Sabirabadda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Qalağayın kəndində vətəndaşa məxsus ümumi sahəsi 6 ha olan istixanada 50 p.m elektrik naqilləri və 95 kv.m sahədə polietilen örtük yanıb.
İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.