Abşeron rayon məhkəməsi keçmiş nazir Nicat Quliyevin barəsində 2 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Bu barədə haqqın.az saytı sabiq nazirin vəkili Elton Quliyevə istinadən məlumat verir. N.Quliyev istintaq müddətində Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılacaq.
***
saat 21:24
Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbs edilİb.Bu barədə məlumat verən mənbə virtualaz.org-a açıqlamasında deyib ki, o, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə öz bağ evində tutulub.
Məlumatlarda o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb.
Yada salaq ki, Nicat Quliyev 2005-ci il, oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirilmişdi.