Saatlıda yanğın zamanı mal-qara tələf oldu
10 iyun 2017 05:48 (UTC +04:00)

Saatlıda yanğın zamanı mal-qara tələf oldu

0

Saatlıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 375 m2 olan tövlənin çardağına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb.

 

Yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar